Baku City Villas 25 Kirayə

Ümumi məlumat

«Baku City Villas» – Bakının mərkəzində gözəl villalar şəkilində təklif olunan eksklüziv daşınmaz əmlakdır. Bu təklif rahatlıq və lüksü dəyərləndirən, mənzili alaraq cəmiyyətdə özünün yüksək statusunu vurğulamağa çalışan və əvvəlcə keyfiyyət və rahatlıqa diqqət verən, sonra isə qiymət dəyərinə baxan alıcılar üçün nəzərdə tutulub.

Yeri

«Baku City Villas» kompleksi şəhərin nüfuzlu bir hissəsi olan Xan Şuşinski 63 küçəsində yerləşir. Baxmayaraq ki, yaxınında meqapolis həyatı aşıb daşır, əyləncə müəssisələri və sosial obyektlərişləyir, iri nəqliyyat magistralları keçir, amma kompleks bunlardan asılı olmayaraq şəhərkənarı şəraitə uyğun səs-küydən uzaq həyat tərzi təklif edir.

Ətraf infrastrukturu

Əgər Bakının xəritəsinə baxsanız onda «Baku City Villas» yaşayış kompleksi yaxınlığında həyat üçün lazım olan hər şeyin olduğunu görərsiniz. Sakinlərin xidmətinə 36, 258, 47 saylı şəhərin ən yaxşı məktəbləri, dövlət və özəl uşaq bağçaları, müxtəlif ticarət infrastrukturu – Favorit, Kontinental, Çinar supermarketləri verilmişdir. Yanında «Olympic Star» idman kompleksi, cıdır yolu, Bakı heyvanxanat bağçası fəaliyyət göstərir. Yaxınlıqda Yapi Kredi Bank şöbəsi var. Bir neçə park zonasının olduğunu ayrıca qeyd etmək lazımdır.

Nəqliyyat

«Baku City Villas» sakinləri üçün Azadlıq prospektinə, sonra isə Ziya Bünyadov prospektinə və şəhərin digər iri nəqliyyat magistrallarına rahat gediş nəzərdə tutulub.

Kompleksin villa və ərazisinin ümumi təsviri

Tikintinin planına əsasən, kompleksin ərazisində eyni üslubda, amma bir birindən fərqlənən 55 villa salınmışdır.

Bina sahəsi 180 000 kv m olan ərazidə yerləşir. Burada yaşıl ağaclar əkilmiş, səkilər salınmış, əsas bəzəklərindən biri isə fəvvarələr oldu. 24 saat mühafizə olunan ərazidə 2 uşaq meydançası, futbol meydançası, tennis kortu, habelə kiçik bir park var. Sakinləri üçün həm istənilən vaxtda gedə biləcəyin, həm də oradan evə yemək sifariş etməyi mümkün olan restoran işləyir.

Villalar haqqında

Tikinti şirkəti tərəfindən təklif olunan mənzillər geniş ölçüləri, incə dizaynı ilə fərqlənir. Hər bir sarayda 6-8 yataq otağı, geniş açıq terrası, sauna, cakuzi var. Planlaşdırmaya görə işçi heyəti üçün ayrı ayrı obyektlər nəzərdə tutulmuşdur. Bir neçə avtomobilin yerləşdiyi örtülü avtomobil qarajı var. Demək olar ki, hər villanın yanında hovuz qurulmuşdur. Sakinlərə müxtəlif xidmətlər, o cümlədən binanın texniki və avadanlıq xifməti, hovuz təmizləməsi, bağa qulluq etmə xidmətləri təklif olunur.

Əlaqə telefonu: +994 10 310 0 360, +994 77 360 0 360

Əmlak haqqında məlumat
  • Elan nömrəsi: 1110
  • Əmlak növü: Evlər / Villalar
  • Elan növü: Kirayə
  • Sahə: 950 m²
  • Qiymət: AZN
  • Otaq sayı: 5
  • Sanitar qovşaq: 9
  • Qaraj: 1
  • Çəkiliş tarixi: 12.02.2023
Xəritə